"Biz xalq olaraq ən böyük mental dəyərlərimizdən biri uşaqlara qayğı ilə yanaşmaq, onların etiyaclarını qarşılamağa çalışmaqdı. Hər bir valideyinin arzusu övladının sağlam, təhsilli, zəngin dünyagörüşlü şəxs olaraq cəmiyyətdə özünə layiqli yer tutmasıdı. Ancaq, bunu arzu etməklə kifayətlənmək də olmaz. Bu arzunu reallığa çevirmək üçün, gərək valideyin öz vəzifəsini anlasın və yöndə bütün fədakarlıqlara hazır olsun. Arzunu vəzifəyə çevirdikdə, əməli nəticəni görmək mümkün olur. O halda insan öz övladı ilə qürur duya bilir".
BAKU.NEWS xəbər verir ki, bu fikirləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə gənc sahibkar, xeyriyyəçi, ictimai fəal Vüsal Nərimanov deyib.
Onun sözlərinə görə, hər bir valideyin övladını vətənpərvərlik hissləri ilə böyütməlidi. Əsasəndə oğlan övladını. Çünki, bu günün oğlan uşağı gələcəkdə bu dövlətin əsgəri olacaq. Vətənin səngərində dayanacaq. Böyük şairimiz Məmməd Araz bu barədə deyib: "Vətən daşı olmayandan,
olmaz ölkə vətəndaşı." Biz övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan valideyinlərinin böyük əksəriyyəti övladlarının xöşbəxt gələcəkləri üçün bütün fədakarlıqlara sinə gəlməyi bacaran insanlardı.
"Mən heç zaman tək öz övladlarımın qayğılarını düşünməmişəm. Həmçinin valideyin himayəsindən kənarda qalan uşaqların və şəhid ailələrində böyüyən uşaq və yeniyetmələrin də normal təhsil almaları, sağlamlıqları üçün əlimdən gələn köməklikləri əsrgəməmişəm. Uşaq evlərinin sakinləri ilə hər dəfə görüşəndə, onlara nəsə bir yardımım toxunanda mən özümü çox rahat hiss edirəm. Hesab edirəm ki, dövlətimizin qayğı və diqqəti ilə yanaşı imkanı olan hər bir kəs bu yönümdə fəaliyyət göstərməlidi. Bu hər birimizin vətəndaşlıq borcudu. Həmdə övladlarımız üçün bir nümunədi. Belə bir gündə, Azərbaycan uşaqlarının simasında bütün bəşəriyyətdə böyüyən uşaqları təbrik edir, onlara firavan həyat, sağlam gələcək və qayğısız yaşam arzu edirəm. Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!", deyə Vüsal Nərimanov əlavə edib.
• Cəmiyyət
"Övladlarımızın gələcəyi biz valideyinlərin məsuliyyətindən asılıdır" (FOTOLAR)

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Türkiyədə koronavirusla bağlı son vəziyyət
-
İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
-
Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı
-
Bölgələrə qar, Bakıya sulu qar yağıb - FAKTİKİ HAVA
-
Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
-
“Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək” - Con Bolton
-
Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub
-
İsmayıllıda vaksinasiyaya start verildi
-
"Lotu Quli"nin məzarı üstündə atışma olub - 1 nəfər ölüb
-
Kəlbəcərin Çopurlu kəndi - VİDEO
-
Yaponiyada 130 maşın toqquşdu - FOTOLAR
-
Akar İraq Kürdüstanının Baş naziri ilə görüşüb