• Cəmiyyət

BMqT-nın nümayəndələri Mingəçevirdə olub

281
15-02-2020, 14:19

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin rəhbərlik etdiyi heyət Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşmüşlər.

Tanışlıq xarakteri daşıyan görüşdə BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi və bu layihənin icrasında BMqT-nin Mingəçevir ofisinin rolu barədə məlumat verdilər.

Qeyd edək ki, BMqT-nin həyata keçirdiyi dörd illik layihə ölkə ərazisində ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

FACEBOOK ŞƏRH YAZ