• Cəmiyyət

Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

14 812
19-10-2019, 10:17

Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən BAKU.NEWS-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İran İslam Respublikasına get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­ob.

Bundan başqa, “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İran İslam Respublikasından Azər­bay­cana gələn İİR və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­müşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Eyni zamanda Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­ib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

FACEBOOK ŞƏRH YAZ