• Cəmiyyət

Nazirlik: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır

7 860
18-10-2019, 12:25

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.NEWS-a verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: “Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

FACEBOOK ŞƏRH YAZ