• Cəmiyyət

Şəkidə "ASAN Peşə" mərkəzində müxtəlif kurslar təşkil olunub (FOTO)

10 574
8-10-2019, 17:10

Şəki "ASAN Həyat" kompleksində fəaliyyət göstərən "ASAN Peşə" mərkəzində müxtəlif sahələr üzrə kurslar təşkil olunub.

BAKU.NEWS xəbər verir ki, kurslarda tütünçülük,bağçılıq,ipəkçilik,komputer,şahmat,rəsm və dərzilik peşələri üzrə biliklər tədris olunur.

Gələcəkdə bu kimi kursların daha da genişləndirilməsi və başqa sahələri də əhatə etməsi planlaşdırılır.

"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır.

"ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar ,təlim və tədris vəsaitləri ilə təchiz olunub. "ASAN Həyat" konsepsiyası "ASAN xidmət" mərkəzi ilə yanaşı, iaşə obyektlərini də özündə birləşdirir.

Burada Vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər.


Şəkidə "ASAN Peşə" mərkəzində müxtəlif kurslar təşkil olunub (FOTO)







FACEBOOK ŞƏRH YAZ