• Cəmiyyət

Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ

187
26-03-2019, 21:00

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Baku.News xəbər verir ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.
Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilir. Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.

FACEBOOK ŞƏRH YAZ