• Cəmiyyət • Kriminal • Hadisə

Bakıda gəlin qayınanasının qızılını oğurlayıb

2 616
4-10-2019, 12:57

Bakıda mənzildən 6 min manatlıq qızıl-zinət əşyası oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.

FACEBOOK ŞƏRH YAZ