• Cəmiyyət • Texnologiya

Bakı Metropolitenində ən uzun eskalator hansıdır?

2 920
3-10-2019, 12:02

Bakı Metropolitenində ən uzun eskalatorun uzunluğu 100 metrə qədərdir.

BAKU.NEWS-un məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.

Z.Hüseynovun sözlərinə görə, həmin eskalatorlar "Xətai" stansiyasında quraşdırılıb:

"Həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir".

Z.Hüseynov həmçinin qeyd edib ki, metropolitendə təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb.

FACEBOOK ŞƏRH YAZ