• Cəmiyyət • Səhiyyə • Sosial

Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

2 131
1-10-2019, 10:00

Sentyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.

AQTA-dan BAKU.NEWS-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb.

Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.

FACEBOOK ŞƏRH YAZ