• Cəmiyyət • Mədəniyyət • Şou-Biznes

İTV ARB-ni bu yolla tənqid etdi - Video

176
25-09-2019, 10:26

İctimai Televiziya ARB-ni üstüörtülü şəkildə tənqid edib.

BAKU.NEWS-un məlumatına görə, belə ki, bir neçə gün öncə “Sayqa ilə” proqramında müğənnilərdən birinin qarşısında diz çökərək ona evlilik təklifi edən gənc İTV-dəki “3 D” verilişinə dəvət edilib.

Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi şounun sonunda sözügedən şəxs efirə daxil olaraq katibə Lyubaya evlilik təklifi edib. Daha doğrusu, ARB-dəki ssenari eynilə İctimai-də təkrarlanıb.

Maraqlı məqam odur ki, Lyuba həmin gəncə efirin bitdiyini xatırladıb ayağa qalxmasını xahiş edib. Gənc isə cavabında “qonorarımı haradan götürə bilərəm?” deyə soruşub. Katibənin isə cavabı belə olub: “Mühasibdən”.

Bununla da kanal reytinq toplamaq üçün ARB-nin efirə ödənişli əsaslarla qonaq dəvət edərək süni yolla şou yaratdığını göstərməyə çalışıb.


FACEBOOK ŞƏRH YAZ