• Cəmiyyət • Sosial

Qadın üç nəfəri aldadıb külli miqdarda pul aldı

38
12-09-2019, 12:35

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan üç nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyindən BAKU.NEWS-a verilən məlumata göörə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Onun daha üç nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

FACEBOOK ŞƏRH YAZ