• Cəmiyyət • Sosial

Sürücülərin icbari tibbi müayinəsinə dair tələblər artırılıb

34
12-09-2019, 11:17

Yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanların icbari tibbi müayinəsinə ixtisaslı həkimlərin sayı artırılıb.

BAKU.NEWS-un məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının “İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanların 2 ildə 1 dəfə keçirilə icbari tibbi müayinəsinə nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq cəlb edilib. Dəyişikliyə əsasən, bundan sonra yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanarın 2 ildə 1 dəfə keçirilə icbari tibbi müayinəsinə oftalmoloq, otorinolarinqoloq, o cümlədən yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanların yaşı 18-dən aşağı olduqda pediatr da cəlb ediləcək.

Qərar sentyabrın 9-dan qüvvəyə minib.

FACEBOOK ŞƏRH YAZ