• Cəmiyyət • Kriminal • Hadisə

Sumqayıtda soyğunçu yeniyetmə qızın telefonunu və pulunu aparıb

40
12-09-2019, 09:11

Sumqayıtda yeniyetmə qıza qarşı soyğunçuluq edilib.

BAKU.NEWS xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsi ərazisində baş verib.

Belə ki, naməlum şəxs 2002-ci il təvəllüdlü Ellada Cəfərovaya qarşı zor tətbiq edib və onun mobil telefonunu, 200 manat pulunu alaraq qaçıb.

Faktla əlaqədar polisə məlumat verilib.

FACEBOOK ŞƏRH YAZ