• Cəmiyyət • Hadisə

Sumqayıtda mühafizəçilər dəyənəkdən istifadə edib, polis onları cərimələyib

89
11-09-2019, 10:44

Sumqayıtda ticarət mərkəzinin mühafizəçiləri dəyənəklərdən qanunsuz olaraq istifadə etdiklərinə görə cərimələniblər.

BAKU.NEWS-un xəbərinə görə, “Cavid” Ticarət Mərkəzində fəaliyyət göstərən “Qafqaz” özəl Mühafizə Xidmətinin əməkdaşları qanunsuz olaraq rezin dəyənəklərdən istifadə ediblər.

Buna görə mühafizəçilər Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 534-cü (Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinə əsasən cərimə edilib.

FACEBOOK ŞƏRH YAZ