• Cəmiyyət • Sosial • Hadisə

Bakıda 12 gün əvvəl itkin düşən yeniyetmə tapılıb

41
11-09-2019, 09:34

Bakıda avqust ayında itkin düşən yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.

BAKU.NEWS xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Report"a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən yeniyetmənin valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

FACEBOOK ŞƏRH YAZ