• Cəmiyyət

Xalq artisti Səyavuş Aslanın doğum günüdür

253
5-09-2019, 06:33

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

BAKU.NEWS-un məlumatına görə, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci ildə Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

O, onlarla filmdə müxtəlif xarakterli obrazlarını kino lentinin yaddaşında yaşadıb.

"Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. televiziya tamaşalarında yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Səyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Məşhur sənətkar 2013-cü il yunun 27-də Bakıda vəfat edib.

FACEBOOK ŞƏRH YAZ