• Cəmiyyət • Sosial • Texnologiya

“Azərkosmos” iyulda 7 milyon dollarlıq xidmət ixrac edib

53
30-08-2019, 15:39

Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 25,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

BAKU.NEWS-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
“Təkcə iyulda isə “Azərkosmos” dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib.

Qurumun 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ olub”, - deyə məlumatda bildirilir.

FACEBOOK ŞƏRH YAZ