• Təhsil • Cəmiyyət

İmtahandan keçməyən müəllimlər bu tarixdə apellyasiyaya müraciət edə bilər

94
29-08-2019, 17:19

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətinin vaxtı açıqlanıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

O bildirib ki, müəllimlərin əlavə yerləşdirmə müsabiqəsinin müsahibə mərhələsi sentyabrın 2-3-də keçiriləcək.

Murad Camalzadə qeyd edib ki, ikinci mərhələnin müsahibə mərhələsi başa çatdıqdan sonra həm birinci, həm də ikinci mərhələdə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətləri olacaq:

"Bu isə təxminən sentyabrın 8-9-da nəzərdə tutulur".

FACEBOOK ŞƏRH YAZ