• Cəmiyyət

Dünyanı fəth edən ecazkar səs - Müslüm Maqomayevin doğum günüdür

117
17-08-2019, 11:14

Bu gün görkəmli Azərbaycan və Sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ və müstəqil Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

BAKU.NEWS-un məlumatına görə, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub.

O, Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə Gənclər Festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Görkəmli müğənni 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib.


Dünyanı fəth edən ecazkar səs - Müslüm Maqomayevin doğum günüdür

FACEBOOK ŞƏRH YAZ