• Cəmiyyət

İlhamə Quliyeva - Yaşasaydı bu gün 76 yaşını qeyd edəcəkdi

239
17-08-2019, 05:30

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

BAKU.NEWS xatırladır ki, Quliyeva İlhamə Məzahir qızı 1943 ildə Lənkəran şəhərində doğulub. Xalq artisti mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Azərbaycanın və Dağıstanın xalq artisti olan sənətçi "Şərəf" və "Şöhrət" ordenlərini də alıb.

İ.Quliyeva 80-ci illərdə qısa müddətli də olsa, Faiq Mirmöhsünovla ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını daşıyıb. Lakin, İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artisti xalası nəvəsi Orxan Nadirovu oğulluğa götürüb.

O, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir.

FACEBOOK ŞƏRH YAZ