• İdman • Cəmiyyət

"Qarabağ"a uduzan APOEL baş məşqçisi ilə yollarını ayırıb

134
8-08-2019, 12:54

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhləsindəki rəqibi Kiprin APOEL klubu əsas komandanın baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb.

BAKU.NEWS klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Kiprdəki ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Trametsani 2018-ci ilin oktyabrından APOEL-ə rəhbərlik edirdi. Onun komandası 2018/2019 mövsümündə ölkə çempionu olub.

FACEBOOK ŞƏRH YAZ