• Cəmiyyət • Mədəniyyət

Vidadi Həsənov Xalq artisti olmasından xəbərsiz imiş: Sizdən eşitdim

432
31-07-2019, 18:02

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu gün yeni fəxri ada layiq görülən ssenari müəllifi, Əməkdar artist Vidadi Həsənov Xalq artisti adı almasından xəbərsiz olub.

BAKU.NEWS xəbər verir ki, V.Həsənov Oxu.Az-ın əməkdaşının ona zəngindən sonra Xalq artisti olduğunu öyrəndiyini deyib:

“Şad xəbərə görə çox sağ olun. Çox sevindim. İlk xəbəri sizdən aldım. Hər kəsə öz təşəkkürümü bildirirəm. Amma düzün deyim ki, bu mənim üçün gözlənilməz oldu. Məni bu ada layiq görənlərə minnətdaram”.

Qeyd edək ki, Vidadi Həsənov 2016-cı ildən “M. Teatr Production”ın bədii rəhbəridir.

FACEBOOK ŞƏRH YAZ