• Bölgə • İdman

Alpaqut üzrə Şəmkir turniri keçirilib - FOTOLAR

173
24-07-2019, 18:27

Bu gün Azərbaycan Alpaqut Federasiyasının Şəmkir Filialı Zəyəm-Cırdaxan bölməsinin idman zalında Şəmkir rayon turniri keçirilmişdir.

Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin məlumatına görə yarışa dəstək vermək üçün Ağstafa Alpaqut filalındanda idmançılar yarışda iştirak edirdilər. Ümumilikdə 60 yaxın idmançının iştirak etdiyi yarışda qaliblər Şəmkir Alpaqut filialının rəhbərliyi tərəfindən medal və qramotalar ilə təltif olunmuşdular.

Yarışın əsas məqsədi Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kubokuna hazırlıq, hakimlərin və məşqçilərin peşəkarlıq səviyyəsin artırmaqdır.

Alpaqut üzrə Şəmkir turniri keçirilib - FOTOLAR





FACEBOOK ŞƏRH YAZ