• Bölgə • Hadisə

Göyçayda iki “KamAZ” aşdı, “VAZ” əzildi: yaralı var

169
23-07-2019, 12:11

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, bu gün səhər saatlarında Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb.

Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ