• Bölgə • Hadisə

Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

132
20-07-2019, 09:01

Bu gün səhər saatlarında Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS-un bölgə müxbirinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “OKA” markalı avtomobil qəfil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ