• Bölgə • İdman • Sosial

Alpaqut Turan döyüş sənətinin kəmər dərəcələri üzrə imtahan keçirilib - FOTO

327
23-06-2019, 20:13

Bu gün Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyi, Kəlbəcər Alpaqut Filialının yerləşdiyi Mingəçevir şəhərində Alpaqut Turan döyüş sənəti üzrə zona seminarı və Alpaqut Turan döyüş sənətinin kəmər üstüngləri (dərəcələri) imtahanı keçirib.

Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, seminarda ümumilikdə Ağdam, Ağcabədi və Kəlbəcər filiallarında 100-ə yaxın idmançı iştirak etmişdir. 16 idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

Seminarı Tegin Rafiq Qasımovun rəhbərliyi ilə həmçinin Yarğan Kənan Quliyev və Yarğan Elsevər Puri ilə keçirilib.

İmtahan komissiyasının sədri isə Tegin Rafiq Qasımov olub.

Alpaqut Turan döyüş sənətinin kəmər dərəcələri üzrə imtahan keçirilib - FOTO







FACEBOOK ŞƏRH YAZ