• Bölgə • Hadisə

Neftçalada 29 yaşlı gənc güllələnib

158
19-06-2019, 09:03

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

BAKU.NEWS xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ