• Bölgə • Hadisə

Qubada ev yanıb, sahibi ağır yanıq xəsarəti alıb - FOTO

165
2-06-2019, 14:47


Qubada yaşayış evində yanğın hadisəsi baş verib. Baku.News-un ONA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, hadisə şəhərin Mirzəbaba Yahirov küçəsində, Niftulla Əliyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb.

Hadisə nəticəsində 240 kv.m sahəsi olan evin 120 kv-m içərisindəki əşyaları ilə birgə külə dönüb. Yanğın zamanı ev sahibinin qardaşı Əlibala Əliyev yanıq xəsarətləri alıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Yanğının söndürülməsi üçün əraziyə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və ətraf ərazilər mühafizə olunub. Yanğının səbəbləri araşdırılır.

Qubada ev yanıb, sahibi ağır yanıq xəsarəti alıb - FOTO

FACEBOOK ŞƏRH YAZ