• Bölgə • Hadisə

Gəncəyə sel gəlib

107
28-05-2019, 17:14

Azərbaycanın qərb bölgəsində bir saatdan çoxdur güclü yağış başlayıb.

Baku.News bildirir ki, ONA-nın qərb bürosunun xəbərinə görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə də iki saata yaxındır leysan yağır. Güclü yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin elektrik təchizatında problem yaranıb, daha çox Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib, həyətləri su basıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Həyətlərdən suyun təmizlənməsi istiqamətində işlər aparılır.

FACEBOOK ŞƏRH YAZ