• Bölgə • Mədəniyyət

Gəncədə gənc miniatür rəssamlarının əsərləri sərgilənəcək

192
24-02-2019, 14:21

Fevralın 27-də Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində “MiniArt” rəsm sərgisi açılacaq.

Layihənin rəhbəri Fidan Böyükbabalı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “MiniArt” layihəsinin əsas ideyası miniatür üslubda işləyən 14-29 yaşlı gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil etmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.

FACEBOOK ŞƏRH YAZ