• Cəmiyyət • Bölgə

Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

170
20-01-2021, 14:12

Neftçala rayonunda xalqımızın azadlığı uğrunda şəhid olmuş 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətindən BAKU.NEWS-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə Koronavirus (COVİD- 19) pandemiyasını nəzərə alaraq məhdud sayda nümayəndələrin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılmış abidəni ziyarət edib. Abidə önünə tər qərənfil dəstələri düzülərək 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib, onların ruhlarına dualar oxunub.

Neftçala şəhər qəbiristanlığında Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarı da ziyarət olunub.

FACEBOOK ŞƏRH YAZ