• Bölgə • Hadisə

Yevlaxda 16 yaşlı qız yol qəzasında xəsarət alıb

14 025
6-10-2019, 21:14

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.NEWS-un məlumatına görə, "VAZ-2107" markalı avtomobil "KaMAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Aytən Qafarova xəsarət alıb. O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ