• Bölgə • Hadisə

Tovuzda 38 yaşlı kişi ağacdan yıxılaraq ölüb

11 274
6-10-2019, 16:27

Tovuz rayonunda yerli sakin ehtiyatsızlığın qurbanı olub.

BAKU.NEWS-un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1981-ci il təvəllüdlü İsayev Mehman Yunis oğlu evindən kənarda olan bağda qoz ağacından yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. M.İsayevin meyiti yaxınlıqdan keçən şəxslər tərəfindən aşkarlanıb və aidiyyəti qurumlara məlumat verilib.

Meyit ekspertizaya aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ