• Bölgə • Kriminal

Mingəçevirdə polis mayorunu yaralayan şəxslər tutuldu

5 561
3-10-2019, 22:09

Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan iki nəfərə yaxınlaşaraq onları intizama dəvət edib.

BAKU.NEWS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onlardan biri tabeçilik göstərməyərək R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib. Sonra hər iki şəxs hadisə yerini tərk ediblər.

R.Məmmədov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

FACEBOOK ŞƏRH YAZ