• Bölgə • Texnologiya

Hacıqabulda akkumulyator zavodu tikiləcək

2 993
30-09-2019, 12:55

Hacıqabul Sənaye Məhəlləsində avtomobil akkumulyatorlarının istehsalı və ya təkrar emalı zavodunun tikintisi nəzərdə tutulub.

BAKU.NEWS xəbər verir ki, bunu “APA-Economics”ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ danışıqlar mövzusudur və yaxın günlərdə buna dair daha ətraflı müzakirələrin aparılması gözlənilir.

“Bu gün Hacıqabul Sənaye Məhəlləsində müxtəlif sahələr üzrə 10 rezident fəaliyyət göstərir. Rezident statusu almaq üçün müraciətlər daxil olmaqdadır. Akkumulyator zavodunun inşasına gəldikdə, onu qeyd edim ki, burada söhbət ya işlənmiş akkumulyatorlarının təkrar emalından, ya da onların istehsalından gedir. Hazırda layihəni icra edəcək müəssisə tərəfindən buna dair biznes plan tərtib olunur”, - deyə N. Səfərov qeyd edib.

Nazir müavini əlavə edib ki, bu zavodun işə salınması istehsal olunacaq məhsullar həm daxili bazarın tələbatını ödəyə, həm də digər bazarlara ixrac oluna bilər. Əsas prioritet bazarlar sırasına Ukrayna, Belarus, Rusiya, İran, Qazaxıstan və digər ölkələr daxildir.

Qeyd edək ki, bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) ərazisində avtomobil akkumulyatorlarının istehsalı zavodunun tikintisi nəzərdə tutulub. Zavodun inşasına 30 mln. manatadək investisiyanın cəlb ediləcək.

Xatırladaq ki, Azərbaycana hər il təxminən 1,6 mln. ədəd akkumulyator idxal olunur.

FACEBOOK ŞƏRH YAZ