• Bölgə • Hadisə

Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu

60
19-09-2019, 18:51

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS-un bölgə müxbiri xəbər verir ki, rayonun Həzi Aslanov küçəsində “Opel” markalı minik avtomobili yol kənarında dayanan rayon sakini Kənan Nəsirovu vurub.

Ağır xəsarət alan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ