• Bölgə • Cəmiyyət • Hadisə

"Qəbələ"nin koordinatoru hoteldən Dövlət Agentliyinə şikayət edib

40
19-09-2019, 18:08

Qəbələ Futbol Klubunun (FK) koordinatoru Qax rayonunda yerləşən "El Resort" hotelindən Dövlət Turizm Agentliyinə (DTA) şikayət edib.

BAKU.NEWS-un xəbərinə görə, FK-nın koordinatoru Səbuhi Qarayev internet vasitəsilə oteldən otaq bron edərək ödəniş edib.

O, 7 dəqiqə sonra hotellə əlaqə saxlayaraq sifarişdən imtina etdiyini bildirib. S.Qarayev deyib ki, amma ödədiyi məbləğ hesabına qaytarılmayıb.

Hoteldən onun ödəniş etdiyi məbləğə görə heç bir məsuliyyət daşımadıqları bildirilib və həmin məbləğin hotelin hesabına köçürülmədiyi vurğulanıb.

Bundan sonra S.Qarayev hotellə bağlı DTA-ya şikayət ərizəsi ilə müraciət edib. Agentlikdə aparılan araşdırmalardan sonra ödənilən pulun bron olunmuş saytın hesabında qaldığı məlum olub və məbləğin şikayətçinin hesabına köçürülməsi təmin olunub.

FACEBOOK ŞƏRH YAZ