• Bölgə • Səhiyyə • Hadisə

Kürdəmirdə ağır yol qəzasında 7 nəfər xəsarət alıb

65
12-09-2019, 11:54

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

FACEBOOK ŞƏRH YAZ