• Bölgə • Hadisə

Minik avtomobili traktorla toqquşdu: yaralananlar var

88
12-09-2019, 00:13

[

b]Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib[/b]

BAKU.NEWS-un Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar əvvəlcə Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün sonradan Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndəriliblər.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ