• Bölgə • Cəmiyyət

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

75
10-09-2019, 12:35

Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.

BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib.

A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri Oxu.Az-a təsdiqləyib.

FACEBOOK ŞƏRH YAZ