• Bölgə • Şou-Biznes • Hadisə

Siyəzəndə üç uşağını da götürüb evdən çıxan qadın Bakıda tapıldı

40
3-09-2019, 13:07

Siyəzəndə üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı qadın tapılıb.

BAKU.NEWS xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsindən verilən xəbərə görə, qadın avqust ayının 30-u Bakıda tapılıb.

Qeyd edək ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.

[center]Siyəzəndə üç uşağını da götürüb evdən çıxan qadın Bakıda tapıldı[/center]

FACEBOOK ŞƏRH YAZ