• Bölgə • Hadisə

“Mercedes”lə motosikleti vurub qaçdı - Yaralılar var

79
24-08-2019, 18:48

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS-un verdiyi məlumata görə, şəhərin Əziz Əliyev küçəsi ilə hərəkət edən motosikleti "Mercedes" markalı avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı motosikletin sürücüsü Ramin Məmmədov və sərnişini İbrahim Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb olan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

FACEBOOK ŞƏRH YAZ