• Bölgə • Hadisə

Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü - YENİLƏNİB

201
23-08-2019, 18:45

Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınmış qəzada ağır yaralanaraq xəstəxanaya yerləşdirilən 2006-cı il təvəllüdlü Rahib İsmayılov vəfat edib.

BAKU.NEWS xəbər verir ki, o, xəstəxananın reanimasiya şöbəsində həkimlərin nəzarətinə götürülsə də, bütün səylərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.


13:10

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS-un bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınıb.

Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü Rahib Rahim oğlu İsmayılov taksidən düşüb yolu keçərkən onu avtomobil vurub.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ