• Bölgə • Hadisə

Qubada iki qonşunun bitişik tövlələri yanır

76
21-08-2019, 21:36

Qubanın Talabıqışlaq kəndində 2 qonşunun bitişik tövlələri yanır.

BAKU.NEWS-un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Talabıqışlaq kəndində Orucəli Orucova və Mehrab Cəmaləddinova məxsus, bitişik tövlələr yanır.

Hadisə yerinə Quba Yanğından mühafizə xidmətinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ətraf tikililər yanğından mühafizə olunub.

Tövlələrdə olan heyvanlar təxliyyə edilib.

FACEBOOK ŞƏRH YAZ