• Bölgə • Hadisə

Göygöldə meşə yanğını söndürüldü - Yenilənib

94
21-08-2019, 22:00

Göygöldə baş vermiş yanğın söndürülüb.

BAKU.NEWS xəbər verir ki, hadisə rayonun Gəncə kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, 2 hektardan artıq meşə massivində yanğın başlayıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Meşə ərazisinin hansı səbəbdən yandığı hələlik məlum deyil.

20:45


Göygöl rayon ərazisində meşəlik ərazidə yanğın baş verib.

BAKU.NEWS-un məlumatına görə, hadisə yerinə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hazırda, təxminən, 2 hektar ərazini əhatə edən yanğının qarşısının alınması üçün işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ