• Hadisə • Bölgə

Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb

135
13-08-2019, 20:45

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 21099” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və aşıb.

Nəticədə sürücü müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ