• Hadisə • Bölgə

Yük maşını dərəyə aşdı, sürücü yaralandı, 17 yaşlı oğlu öldü

318
13-08-2019, 19:41

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BAKU.NEWS xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayılllı rayonu ərazisində qeyd alınıb.

99-CZ-905 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb.

Onun sərnişini olan 17 yaşlı oğlu Süleyman Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.

Onun meyiti FHN-nin xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ