• Bölgə • Hadisə

Salyanda ağır qəza: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

152
10-08-2019, 21:34

Salyanda iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

BAKU.NEWS-un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Noxudlu kənd ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən qarşıda gedən “BMW” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində 3 nəfərin - Yardımlı sakinləri, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlunun, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bağırova Tükzban Ədalər qızının və onların övladları, 2011-ci il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğlunun xəsarət aldığı bildirilir. Balaca Sadiqin həyatını xilas etmək mümkün olmayıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ