• Təhsil • Elm • Bölgə

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

343
2-08-2019, 15:56

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunan Şahin Bayramov ali məktəbin kollektivinə təqdim edilib.

Bu barədə BAKU.NEWS-a Təhsil Nazirliyindən məlumat verilib.

Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Ş.Bayramovun iş təcrübəsi və elmi
fəaliyyəti barədə danışıb.

Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Ceyhun Bayramov bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran C.Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Mingəçevir Dövlət Universitetinin yeni rektoru Şahin Bayramov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da öz növbəsində Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İlham İsmayılov yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

FACEBOOK ŞƏRH YAZ