• Təhsil

Direktorların maaşları artırılıb

25
11-09-2019, 09:12

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

BAKU.NEWS xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.

FACEBOOK ŞƏRH YAZ